Bir açarın SİRRİ – Salyanın 100 kiloqramlıq simvolunun GİZLİ MƏNASI – REPORTAJ/FOTO 

Bir açarın SİRRİ – Salyanın 100 kiloqramlıq simvolunun GİZLİ MƏNASI – REPORTAJ/FOTO 

Hazırda oxunan: Bir açarın SİRRİ – Salyanın 100 kiloqramlıq simvolunun GİZLİ MƏNASI – REPORTAJ/FOTO 

189921

Salyan ərazisindəki avtovağzalda böyük bir tökmə açar diqqəti cəlb edir. Cənub bölgəsinin giriş qapısı olan Salyandan keçən yolçuların, eləcə də yerli sakinlərin də əksəriyyəti bu açarın niyə, nə üçün asıldığından, rəmzi mənasının nə olduğundan xəbərsizdir. 

Bəri başdan deyək ki, təxminən 10 metr hündürlükdə, vağzal binasından asılı olan bu açar aluminium və  əlvan metalların qarışığından hazırlanıb. Çəkisi nə az-nə çox 100 kiloqrama yaxındır.   

Qeyd edək ki, indinin özündə də dünyanın müxtəlif şəhərlərinin simvolik açarlar mövcuddur və bir ənənə olaraq qorunub saxlanılır. 

Bəs görəsən bu açar niyə məhz Salyanda asılıb və o özündə hansı mənanı daşıyır?


Açarın burada 38 illik mövcudluğu barədə bir çox sakinlər xəbərsiz olsalar da, bəziləri kimlərdənsə eşitdikləri sayəsində təsəvvürlərinin olduğunu bildirirlər. 

Salyan sakini, yaşı 60-dan çox olan Əzizağa Əzizov bu açarı uzun illərdir gördüyünü mənasını isə bilmədiyini etiraf edir:

“Düzü hansısa məna daşıdığını heç düşünməmişəm. Fikirləşirəm ki, avtovoğzal tikiləndə burdan asılıb.”

Salyandan yolu keçənlər üçün bildirək ki, sözügedən avtovağzal 1969-cu ildə tikilib. 1980-ci illərin əvvəllərində isə həmin vağzal binasının yaxınlığında saat qülləsi ucaldılanda bu açar qüllənin tam ortasından asılıb.


Avtovağzal daxilində taksi xidməti göstərən Samir Avdıyev ümumiyyətlə hündürlükdən asılı açara heç fikir vermədiyini bildirir. 

“Vallah, o hündürlüyə  fikir verməmişəm. Belə görmüşəm, amma diqqət etməmişəm. Avtovağzaldan çox qonaq daşımışam. On ildir taksi fəaliyyəti ilə məşğulam. Bir adam da məndən bu haqda soruşmayıb. Onu bir az aşağıdan vursaydılar, hamı görərdi”, - deyir.

Açarın sirrini öyrənmək üçün avtovağzal ərasizində fəaliyyət göstərən ticarət köşkünün işçiləri ilə də həmsöhbət olduq. Onların da məlumatsız olduqları üzə çıxanda, köşkün müdiri Anar Ağayev söhbətədə müdaxil oldu:


“Bu açar Salyanın Cənub bölgəsinə giriş qapısı olmasının rəmzidir. Cənuba yeganə yol burdan keçir. Açardakı  qadınla ceyran şəkili də rəmzi məna daşıyır. Qadın əməkçi işçidir, ceyran da Salyan düzünün bəzəyidir”
Beləcə əksər salyanlıların belə bixəbər olduğu açarın sirrini öyrənməyi bacardıq...




Sabutay Nağıyev, Bizim Media, Cənub bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO