Metroda çantalarımızı yoxlayan cihazlar DEZİNFEKSİYA olunurmu? – Rəsmi AÇIQLAMA 

Metroda çantalarımızı yoxlayan cihazlar DEZİNFEKSİYA olunurmu? – Rəsmi AÇIQLAMA 

Hazırda oxunan: Metroda çantalarımızı yoxlayan cihazlar DEZİNFEKSİYA olunurmu? – Rəsmi AÇIQLAMA 

189920

Uzun müddətdir metro stansiyaların girişində təhlükəsizlik məqsədilə introskop cihazı quraşdırılıb. Sərnişinlər stansiyaya daxil olmadan öncə metro polislərinin nəzarət etdiyi cihaza yük və əl çantalarını qoyaraq içəri keçirlər.

Hər gün minlərlə şəxs metrodan istifadə edir və hər kəsin də çantası bu qayda ilə yoxlanır. 

Bəs həmin cihazlar hər gün dezinfeksiya olunur və ya təmizlənirmi?

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Bizim.Media-ya bildirib ki, qurum cihazlara nəzarət eləmir:

““Bakı Metropoliteni”nin infrastrukturuna daxil olan, eyni zamanda qurumların və tərəfdaşların qurğu, eləcə də avadanlıqlarının təmizliyinə, sanitar-gigiyenik normalarının tələblərinə cavab verməsi “Bakı Metropoliteni” QSC-nin səlahiyyəti çərçivəsində daim nəzarət təmin olunur. 

Təmizliyin, sanitar-gigiyena qaydalarına uyğun olaraq müvafiq tədbirlərin görülməsi vaxtlı-vaxtında aparılır. Bütün bu işlərin monitorinqi də təmin olunur”.

Günay Şahmar, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO