“Bəzi qadınlar ona görə öldürülür ki, ərlərini ailə başçısı gözündə görmürlər” – Tahir Kərimli 

“Bəzi qadınlar ona görə öldürülür ki, ərlərini ailə başçısı gözündə görmürlər” – Tahir Kərimli 

Hazırda oxunan: “Bəzi qadınlar ona görə öldürülür ki, ərlərini ailə başçısı gözündə görmürlər” – Tahir Kərimli 

189916

Son zamanlar həyat yoldaşı tərəfindən qətlə yetirilən qadınların sayı artır. 

Belə ki, Bizim.Media-nın araşdırmalarına görə, son iki ayda Baş Prokurorluq tərəfindən 10-a yaxın qadının əri tərəfindən öldürülməsi ilə bağlı faktı qeydə alınıb. 

Bu statistika özlüyündə nikahdan əvvəl cütlüklərin psixoloji analizdən keçib-keçməməsi ilə bağlı mövzunu aktuallaşdırır. Çünki çox vaxt qadınlar evləndikləri kişinin potensial qatil ola biləcəklərini sezə bilmirlər. Qeyd edək ki, nikaha girən cütlüklər yalnız tibbi müayinədən keçirlər.

Bəs, onların paralel olaraq psixoloji analizdən də keçməsi mümkündürmü?

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli Bizim.Media-ya açıqlamasında cütlüyün psixoloji analizdən keçmələri məsələsinə nikbin baxmadığını dilə gətirib:

“Evlənmədən öncə qan analizinin verilməsi mütləqdir. Çünki bir tərəfdə olan gizli xəstəlikləri ancaq qan analizi zamanı üzə çıxır. Lakin psixoloji analiz Azərbaycanda tətbiq olunmur. Sözün düzü, könüllülük prinsipini çıxmaq şərtilə, xaricdə də belə bir məcburiyyət yoxdur. Çünki tərəflər bir-birlərinin psixoloji durumunu görə bilirlər, xəstəlikləri isə analiz vermədən bilmək olmur. Yəni psixoloji durum gizli olmur, zahiri rəylə anlamaq olur. Ona görə də, psixoloji analiz məsələsinə nikbin baxmıram”.

O ki qaldı əri tərəfindən öldürülən qadınlara, deputatın bu məsələyə yanaşması da fərqli olub: 

“Bunun əsas ciddi səbəblərindən biri belədir ki, bəzi qadınlar gender bərabərliyi adı altında güclü qadın obrazı yaradırlar və ərlərinə ailə başçısı gözündə baxmırlar, bəziləri isə mənfi yollara gedirlər. Yəni çox vaxt qadın qətlləri namus məsələlərinə görə olur. 

Ona görə də biz saf cəmiyyətin qurulmasına çalışmalıyıq ki, kiminsə pis yola getmək ağlına belə gəlməsin. Sovet dövründə də əri tərəfindən qısqanclıq zəmnində öldürülən qadınlar olurdu. Hər bir halda, nikahdan öncə psixoloji analizin qanunvericilik səviyyəsində tətbiq olunmasına yaxşı baxmıram. Sanki bir növ cütlüyü aşağılamış olarıq ki, görək onların ağlı başındadır, ya yox”. 

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO