Ağdamda ağır QƏZA: Ölən və xəsarət alanlar var – YENİLƏNİB/FOTO 

Ağdamda ağır QƏZA: Ölən və xəsarət alanlar var – YENİLƏNİB/FOTO 

Hazırda oxunan: Ağdamda ağır QƏZA: Ölən və xəsarət alanlar var – YENİLƏNİB/FOTO 

189905

Ağdamda baş verən ağır yol qəzası zamanı xəsarət alanlardan birinin həyatını xilas etmək mümkün olmayıb. 

Ağdam Mərkəzi Rayon Xəstəxanasından Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, həyatını itirən şəxs gənc xanımdır. 

Onun və digər yaralıların kimliyi hələki məlum deyil. Bundan başqa yaralılar arasında bir azyaşlı da var.

Həkimlər yaralılara yardım göstərdikdən sonra onlardan ikisini Bərdə Mərkəzi Rayon Xəstəxanasına göndəriblər. Bir yaralı isə hazırda Ağdam Mərkəzi Rayon Xəstəxanasındadır.

*** 14:12

Ağdamda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb. 

Belə ki, Heydər Əliyev prospektində hərəkətdə olan "Mercedes-Benz" və "VAZ-2106" markalı minik maşınları toqquşub. Qəza nəticəsində dörd nəfər xəsarət alıb.

Onlardan ikisi xüsusilə son dərəcə ağır vəziyyətdə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı Ağdam rayon polis şöbəsində araşdırma başlanılıb. 






Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO