Ağcabədi sakinindən 7 kq marixuana götürüldü - FOTO

Ağcabədi sakinindən 7 kq marixuana götürüldü - FOTO

Hazırda oxunan: Ağcabədi sakinindən 7 kq marixuana götürüldü - FOTO

189885

Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində daha bir rayon sakinindən 7 kiloqramdan artıq narkotik vasitə olan marixuana götürülüb.

 

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, Ağcabədi RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə rayon sakini Novruz Hüseynov saxlanılıb.

 

İlkin olaraq onun üzərindən marixuana aşkar edilib. Onun ətrafında davam etdirilən araşdırmalarla rayon ərazisində gizlətdiyi narkotik də müəyyən olunub. Həmin əraziyə baxış keçirilən zaman 7 kiloqram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO