Ötən gün 77 yaşlı Oğuz rayon sakini sirkə turşusundan zəhərlənib və xəstəxanaya yerləşdirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Oğuz rayon Muxas kənd sakini 77 yaşlı Saniyə İdrisova ötən gün zəhərlənmə diaqnozu ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Həkimlər ona ilkin tibbi yardım göstərəndən sonra müalicəsinin Şəki Rayon Mərkəzi Xəstəxanasında davam etdirilməsini tövsiyyə ediblər. Ahıl qadın Təcili Tibbi Yardım Briqadasının köməyi ilə Şəkiyə gətirilib.
Burada o, müayinə edildiikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin bütün gecə göstərdiyi səyə baxmayaraq, 77 yaşlı qadın səhər saatlarında keçinib. Hadisənin təfərrüatları hüquq-mahafizə orqanları tərəfindən araşdırılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
10:22 / 01.05.2024
Sirkə turşusundan zəhərlənən 77 yaşlı qadın xəstəxanada ÖLDÜ
Hazırda oxunan: Sirkə turşusundan zəhərlənən 77 yaşlı qadın xəstəxanada ÖLDÜ
Hazırda oxunan: Sirkə turşusundan zəhərlənən 77 yaşlı qadın xəstəxanada ÖLDÜ
189857
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.