“Tibbi arayışların elektronlaşması həm də kağıza qənaət etməyə şərait yaradacaq” – Vüqar Qurbanov

“Tibbi arayışların elektronlaşması həm də kağıza qənaət etməyə şərait yaradacaq” – Vüqar Qurbanov

Hazırda oxunan: “Tibbi arayışların elektronlaşması həm də kağıza qənaət etməyə şərait yaradacaq” – Vüqar Qurbanov

189073

"Elektron arayışlar kağız daşıyıcı ilə eyni hüquqi qüvvəyə malik olacaq. Uzun müddət TƏBİB-in Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri ilə əməkdaşlığı çərçivəsində artıq elektron arayışlar müvafiq alt sistemlərə inteqrasiya olunub. Bu barədə aidiyyəti üzrə növbəti çıxışlarda ətraflı məlumat veriləcək".

Bizim.Media xəbər verir ki, bunu “Elektron tibbi arayış” xidmətinin təqdimat mərasimində TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.

O bildirib ki, Elm və Təhsil Nazirliyi ilə ali məktəblərə, kolleclərə, liseylərə qəbul olunan abituriyentlər üçün də sağlamlıq arayışları elektronlaşdırılır. Yaxın müddətdə arayışlar nazirliyin alt sisteminə inteqrasiya olunacaq. 

Arayışların  alınması zamanı tələb olunan zəruri müayinə və analizlər tibb müəssisələrimizdə növbələrlə də müşayiət olunurdu, eyni zamanda arayış hazır olduqdan sonra vətəndaş onu əldə etmək üçün yenidən tibb müəssisəsinə müraciət etməli idi.

Elektronlaşma ilə növbələrin qarşısını almaq, vətəndaşların əlavə vaxt itkisinə məruz qalmasını aradan qaldırmaq mümkün olacaq. Arayışların elektron formada əldə olunması vətəndaşların vaxtına qənaət edib, daha əlçatan olması ilə yanaşı, həm də kağıza qənaət etməyə şərait yaradacaq. Kağız istifadəsinə qənaətin ətraf mühit üçün nə qədər önəmli olduğunu isə, yəqin ki, söyləməyə ehtiyac yoxdur. 
Qeyd etməliyəm ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının, yəni COP29-un bu il Azərbaycanda keçiriləcəyi bir ərəfədə hesab edirəm ki, bu elektronlaşma prosesi məqsədəuyğun oldu".

Məhərrəm Əliyev, Nicat Niftəliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO