Uşaq poliklinikalarında da icbari tibbi sığortanın hesablama qaydası onların fəaliyyət istiqamətinə görə tənzimlənəcək.
Bizim.Media xəbər verir ki, bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnvestisiya şöbəsinin müdiri Yadigar Mahmudzadə uşaq poliklinikalarında icbari tibbi sığortanın hesablama qaydası ilə bağlı sualı cavablandırarkən deyib.
MÖVZU İLƏ BAĞLI:
“Tibbi sığorta üçün maaşdan tutulur, amma xəstəxanaya yenə pul ödəyirik” - Deputatdan SƏRT TƏNQİD
O bildirib, əgər uşaq poliklinikası xəstəxananın poliklinika şöbəsi olacaqsa, orada çalışanlara xidmətə görə (ambulator) bonuslar ödəniləcək:
“Terapevtlər, cərrahlar ambulator xidmətlər göstərdiklərinə görə bonuslar olacaq. Məsələn, ixtisaslı həkim müayinəsinə görə göstərilən xidmətlərdən faiz nisbətində, ambulator şəraitdə cərrahi müdaxilələrə görə, terapevtlər təyin etdikləri fizioterapevtik prosedurlara görə faiz nisbətində bonusla alacaqlar.
Lakin uşaq poliklinikası yenidən təşkil qaydasında Ailə Sağlamlıq Mərkəzi (ASM) kimi fəaliyyətə keçəcəksə, burada qaydalar başqa cür olacaq. Bu zaman onlar sabit əlavələr alacaqlar.
Hazırda müəyyən optimallaşmalar aparılır. Yekunda məlum olacaq ki, uşaq poliklinikaları xəstəxananın poliklinika şöbəsi kimi qalır yoxsa müstəqil ASM kimi formalaşdırılır”. (oxu.az)
Bizim.Media