Son dövrlər ölülər üçün ehsan verilib-verilməməsi məsələsi cəmiyyətdə ən çox dartışılan mövzulardandır. Ehsan mövzusunun aktuallığını nəzərə alıb, bu barədə elmi-lədun bilgilərimizi moderator.az saytının oxucuları ilə bölüşmək qərarına gəldik.
Ehsan barədə elmi-lədun yolu ilə bizə bildirilir ki, Quran oxumaq Allah dərgahında ehsan kimi qəbul olunmur. Odur ki, “üç”x9d, “yeddi”x9d, “qırx”x9d adı ilə qeyd edilən Quran mərasimlərində heç bir məna yoxdur.
Ölüsü üçün ehsan vermək istəyənlərə xa0tövsiyyə olunur ki, mərhumun ehsanı üçün 12 ədəd meyvə ağacı əksinlər. Ölən adamın varisləri xa0o ağaclara ehtiramla yanaşsınlar və qulluq etsinlər. Ağacların meyvələrini hər il yetimlərə və imkansızlara paylayıb, ölən adam üçün dua etmələrini xahiş etsinlər. Onların hər il etdikləri xa0dualarla ölən adamın günahları ya tamam, ya da qismən bağışlanır... xa0
Ölən adam xa0əgər çoxlu var-dövlət qoyub gedibsə, ölən günü həmin var-dövlətdən 40 yetimi doyuzdurmaq tövsiyyə olunur (və yaxud, heyvan kəsib, 40 xa0yetimin evinə pay göndərmək xa0olar).xa0
Mərhumun ilində isə, yeddi yetim doyuzdurmaq tövsiyyə olunur. Mərhum yuxunuza girirsə, üç yetim doyuzdurun.xa0
Söz ardı: ancaq yetimlərə (və çox yoxsullara) xa0verilənlər Allah dərgahında ehsan olaraq qəbul edilir.
Paşa Yaqub ”“ Pangeyist (Sülhsevər)






























































































