Göyçay rayonunun bir hissəsini təbii qazla təmin edən orta təzyiqli qaz xətlərində “Təmiz Qaz” QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi, sayğacların yeni çəkilmiş qaz xətlərinin üzərinə köçürülərək köhnə xətlərin ləğv edilməsi, "Beyləqan” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xətti üzərində filtrin quraşdırılması və “Qaz İxrac” İdarəsinə məxsus “Göyçay-Ucar” magistral qaz kəmərində nasaz siyirtmələrin dəyişdirilməsi ilə bağlı aprelin 25-də saat 09:00-dan işlər başa çatanadək “Ucar”, “Lək", “Zərdab”, “Ucar Pambıq emalı zavodu”, “Zərdab asfalt beton zavodu”, “Göyçay-1 Əhali” ölçü qovşaqlarından,“Göyçay 2” ölçü qovşağından qidalanan orta təzyiqli “Əhali” qaz xəttindən, saat 10:00-da isə “Beyləqan” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, təmir-bərpa işləri aparılan müddətdə Ucar və Zərdab rayonlarının tam olaraq, Beyləqan və Göyçay rayonlarının isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:13 / 24.04.2024
Vətəndaşların NƏZƏRİNƏ: Sabah 4 rayonda qaz olmayacaq
Hazırda oxunan: Vətəndaşların NƏZƏRİNƏ: Sabah 4 rayonda qaz olmayacaq
Hazırda oxunan: Vətəndaşların NƏZƏRİNƏ: Sabah 4 rayonda qaz olmayacaq
188808
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.