Zəngilan, Cəbrayıl və Qubadlının inşası 2026-cı ilədək SONA ÇATACAQ

Zəngilan, Cəbrayıl və Qubadlının inşası 2026-cı ilədək SONA ÇATACAQ

Hazırda oxunan: Zəngilan, Cəbrayıl və Qubadlının inşası 2026-cı ilədək SONA ÇATACAQ

188770

Tarixi torpaqlarının işğaldan azad edilməsindən sonra Azərbaycan bir sıra önəmli layihələrin xüsusilə "Böyük Qayıdış" proqramının icrasına başladı. Həmçinin Prezident İlham Əliyevin "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" Sərəncamına əsasən Qarabağın və Şərqi-Zəngəzur bölgəsinin dirçəlişinə təkan verildi. Zəngilanın Ağalı kəndi buna bariz nümunədir. Bu kəndin inşası "ağıllı kənd" konsepsiyası üzərində qurulub. Burada yaşayış üçün hər cür şərait yaradılıb. Artıq Ağalıda 871 nəfər və ya 175 ailə məskunlaşıb.

Bizim.Media xəbər verir ki, bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində aprelin 24-də Laçında keçirilən Qarabağda dayanıqlı inkişafa həsr olunmuş paneldə bildirib.

“Hazırda bizim əsas səylərimiz 24 kənd, 3 şəhər və 5 yaşayış məntəqəsinin qurulmasına yönəldilib. Bunlar Zəngilan, Cəbrayıl və Qubadlıda 2026-cı ilədək inşa olunacaq. Həmçinin Cəbrayılda böyük layihələr icra edirik. Buraya BP şirkəti ilə birgə inşa edilən 240 MqVt günəş elektrik stansiyası da daxildir”, - deyə Vahid Hacıyev əlavə edib.
Onun sözlərinə görə, artıq Cəbrayıl rayonu ərazisində 100 min ağac əkilib, gələcəkdə daha 50 min ağacın əkiləcəyi planlaşdırılır. Həmçinin 109 kəhrizin inşa olunduğunu qeyd edən xüsusi nümayəndə bildirib: “Bu kəhrizlərin çoxu tamamilə məhv olunmuşdu, bəziləri ciddi zədələnmişdi. Hazırda onlar da bərpa olunur”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO