Bərdədə qaçırılan qızla bağlı yeni DETALLAR – “Yolda görüb, xoşu gəlib deyə...” – ÖZƏL 

Bərdədə qaçırılan qızla bağlı yeni DETALLAR – “Yolda görüb, xoşu gəlib deyə...” – ÖZƏL 

Hazırda oxunan: Bərdədə qaçırılan qızla bağlı yeni DETALLAR – “Yolda görüb, xoşu gəlib deyə...” – ÖZƏL 

188747

Bərdədə qaçırılan 23 yaşlı qızın tapılaraq ailəsinə təhvil verilməsi ilə bağlı bəzi detallar məlum olub.

Belə ki, Uğurbəyli kəndinin bələdiyyə sədri Kazım Hüseynov Bizim.Media-ya bildirib ki, qızı (şərti ad A.S) qaçıranın 45 yox, 42 yaşı olub:
 

MÖVZU İLƏ BAĞLI:

Bərdədə qaçırılan 23 yaşlı qız tapıldı


“Qız bir dəfə nişanlı olub, ayrılıb. Qızın ata-anası 15 il əvvəl boşanıblar. Ana üç uşağını atası evində böyüdüb. Lakin bu qaçırılma hadisəsi olandan sonra qızın atası deyib ki, mənim qızımı niyə qaçırıblar?! Yəni 15 ildir həyat yoldaşını, qızını atıb gedib, indi övlad davası edir”. 

Kazım Hüseynov bildirib ki, qız evlərinə qaytarıldıqdan sonra, məcburi qaçırılmasına baxmayaraq, polisə həmin şəxsdən şikayətçi olmadığı ilə bağlı ərizə yazıb:

“Buna görə də, ailələrr arasında mübahisə yaranmayıb. 42 yaşı olsa da, qaçıran şəxs subaydır, heç vaxt evlənməyib. O, yolda maşınla gedərkən qızı görüb, anidən qaçırıb. Oğlan heç vaxt həmin qıza elçi düşməyib, ona görə də heç kimin belə hadisənin olacağından xəbəri olmayıb. Yəni yolda gedirmiş, qızı görüb, xoşu gəlib, götürüb aparıb. Təqribi bilirəm ki, qız ya gözəllik salonunda, ya da şirniyyat sexində işləyir”.

Qeyd edək ki, aprelin 23-də Bərdə rayonunun Uğurbəyli kənd sakini, 2001-ci il təvəllüdlü S.A. səhər saatlarında işə gedən zaman avtomobil yolunun kənarından həmkəndlisi, 45 yaşlı Fərhad Rzayev tərəfindən evlənmək məqsədilə qaçırılmışdı.

Nuranə Daxilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO