Laçında, Həkəri çayının sahilində peşə yarmarkası keçiriləcək

Laçında, Həkəri çayının sahilində peşə yarmarkası keçiriləcək

Hazırda oxunan: Laçında, Həkəri çayının sahilində peşə yarmarkası keçiriləcək

188734

İşğaldan azad edilən ərazilərdə ilk dəfə peşə yarmarkası keçiriləcək.

Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Böyük Qayıdış proqramına uyğun olaraq işğaldan azad olunmuş ərazilərin sakinləri üçün aktiv məşğulluq proqramları davam etdirilir.

Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi həmin ərazilərdə ilk dəfə olmaqla, aprelin 25-də Laçında “Laçında peşə öyrən!” adlı peşə yarmarkası keçirəcək.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə keçiriləcək yarmarka Həkəri çayının sahilində təşkil olunacaq.

Tədbirdə Laçında fəaliyyət göstərən işəgötürənlər tərəfindən Laçın şəhəri və Laçının Zabux kəndinin əhalisinə peşə istiqamətləri təqdim olunacaq. Həmçinin müxtəlif peşələr üzrə master-klaslar keçiriləcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO