1877-ci ilin bu günündə Çar Rusiyası Qafqaz və Balkanlarda mövqelərini möhkəmlətmək məqsədilə Osmanlı inperiyası ilə növbəti müharibəyə başlayıb. Bir il sürən müharibə Osmanlının məğlubiyyəti ilə nəticələnib. San-Stefano sülh müqaviləsinə (1878 ) əsasən, Rusiya Türkiyənin bir neçə bölgəsini özünə birləşdirib. Türkiyə həmin əraziləri (Qars, Ərdəhan və s.) yalnız 1918-ci ildə geri ala bilib.
Bəs, aprelin 24-də daha hansı hadisələr baş verib?
1. 24 aprel 1512-ci ildə IX Osmanlı padşahı və ilk Osmanlı xəlifəsi Sultan Səlim Yavuz taxta çıxdı.
2. 1945-ci ilin bu günü Amerika və Sovet qoşunları Berlinin mühasirəsini başa vuraraq Torqau şəhərində Elba çayı üzərindəki körpüdə görüşdülər. Bu əməliyyat alman qoşunlarını III Reyxin qalan hissəsindən ayırdı və demək olar ki, bütün rabitə vasitələrindən məhrum etdi.
3. 24 aprel 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində yeni müstəqillik qazanan 29 Afrika və Asiya ölkəsinin bir araya gəldiyi konfrans başa çatdı. Yekun bəyannaməsində müstəmləkəçilik və irqçiliyə son qoyulması tələb olundu.
4. 1957-ci ildən 24 Aprel Dünya Gənclərinin Beynəlxalq Həmrəylik Günü olaraq qeyd edilir.
5. Sovet kosmonavtı Vladimir Komarov 24 aprel 1967-ci ildə “Soyuz 1” kosmik gəmisində vəzifəsini yerinə yetirərkən dünyasını dəyişib. V.M.Komarov kosmos missiyası zamanı həyatını itirən ilk kosmonavtdır.
6. 1980-ci ildə İranda girov saxlanılan 52 Amerika vətəndaşı ölkədəki ABŞ Səfirliyi və hərbçilərinin basqını ilə 24 apreldə xilasetmə əməliyyatı keçirdi, ancaq uğursuz oldu. Qarşıdurma 8 Amerika əsgərinin ölümü ilə nəticələndi.
7. 24 fevral 1994-cü ildə Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib. Qərarda hər il fevralın 26-nın Xocalı soyqırımı günü kimi qeyd edilməsi, bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi əksini tapmışdı.
8. 2004-cü ilin 24 aprelində Kiprdə "Annan planı" üçün referendum keçirildi. Planı yunanlar rədd etdiyi üçün həyata keçmədi.
Aprelin 24-də bu şəxsiyyətlər xatırlanır.
1. 4 aprel 1866-cı ildə yazıçı-publisist, maarif xadimi Sultanməcid Qənizadə (1866-1942) Şamaxıda doğulub. Ana dilində məktəblərin açılmasında, dərsliklərin yazılmasında xidmətləri olub. Teatr xadimləri haqqında xatirələr yazıb, rus yazıçılarından tərcümələr edib.
2. 24 aprel 1902-ci ildə SSRİ Xalq artisti İsmayıl Osmanlı (1902 – 22.6.1978) Şəkidə anadan olub. Akademik Dram Teatrında çalışıb. “O olmasın, bu olsun”, “Mən ki gözəl deyildim”, “Nəsimi”, “Yeddi oğul istərəm” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
3. 1911-ci ilin bu günündə Geologiya-mineralogiya elmləri doktoru (1944), professor (1945), Azərbaycan Milli Elmlər Akademiyasının akademiki (1945), SSRİ Dövlət mükafatı laureatı (1943, 1946), SSRİ-nin fəxri neftçisi (1971), Türkmənistan SSR-in əməkdar elm və texnika xadimi (1971) Ələşrəf Əlizadə anadan olub (1911-1985).
4. 24 aprel 1941-ci ildə Əməkdar artist Rafiq Hüseynov (1941-2018) Hacıqabul rayonunda doğulub. Gənc Tamaşaçılar Teatrının aktyoru olub, filmlərdə çəkilib.
5. 24 aprel 2011-ci ildə Xalq şairi, ədəbiyyatşünas Balaş Azəroğlu (11.11.1921 – 2011) vəfat edib. Cənubi Azərbaycanda milli azadlıq hərəkatında iştirak edib. Təbrizdə ilk şeir kitabı nəşr olunub. 1946-cı ildə sovet Azərbaycanına qayıdıb.
Surxay Atakişiyev, Bizim.Media