Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu – YENİLƏNİB/FOTO  

Hazırda oxunan: Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu – YENİLƏNİB/FOTO  

188547

Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub. 

Bizim.Media xəbər verir ki, 39 ailə olmaqla, 150 nəfər Füzuli sakini doğma yurduna qovuşub. 

Yeni köçən ailələrə ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman müvafiq qurumlara xəbər vermələri tövsiyə olunub. 
Açarların təqdim edilməsi mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər. 

Ailələr mənzillərinin açarlarını təhvil alaraq, yeni evlərində məskunlaşıblar. 

Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək. 
 
*** 12:44

Bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan və respublikanın müxtəlif bölgələrindən yola salınan növbəti köç karvanı erməni işğalından azad olunan və Azərbaycan dövləti tərəfindən yenidən qurulan Füzuli şəhərinə çatıb. 

Bizim.Media xəbər verir ki, Füzuli şəhəri doğma sakinlərini qarşılamağa davam edir. 

Bu gün 39 ailə olmaqla, 150 nəfər Füzuli sakini öz yurduna qovuşub. 

Bugünki köç karvanı Bakı şəhərindən 32 (122 nəfər), Sumqayıt şəhərindən 5 (22 nəfər), Şirvan şəhərindən 1 (3 nəfər), Füzuli rayonundan 1 ailə (3 nəfər) olmaqla yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdən ibarət olub. 
Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən 37 ailə Qaradağ rayonunun “Qobu Park-3” köçkün şəhərciyindən, Şirvan şəhəri və Füzuli rayonundan olan 2 ailə isə məskunlaşdıqları ərazidən yola salınıblar. 

Füzuli şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıblar, onlar doğma yurda qovuşmağın sevincini yaşayıblar. 

Bununla da Füzuli şəhərində 744 ailənin, yəni 2839 nəfərin məskunlaşması təmin edilib. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO