Kürdəmirdə 71 yaşlı qadın bədbəxt hadisə nəticəsində ÖLDÜ 

Hazırda oxunan: Kürdəmirdə 71 yaşlı qadın bədbəxt hadisə nəticəsində ÖLDÜ 

188501

Kürdəmirdə bədbəxt hadisə baş verib. Həyətindəki quyudan su götürmək istəyən 71 yaşlı qadın quyuya yıxılaraq ölüb. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Qarasaqqal kəndindən qeydə alınıb. 

Belə ki, rayonun Qarasaqqal kənd sakini 1953-cü il təvəllüdlü Xəzəngül Cəfərova həyətindəki su quyusunda su götürmək istəyib.

Bu zaman onun ayağı sürüşərək quyuya düşüb. Köməksiz vəziyyətdə qalan qadın elə oradaca dünyasını dəyişib. Yaxınları onun telefon zənglərinə cavab vermədiyini görəndə evə gəlib və onu axtarmağa başlayıblar. Bu zaman onun cansız bədənini su quyusundan taparaq çıxarıblar.
Hadisə yerinə rayonun hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb. Hazırda faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır. 

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO