"Məktəblinin dostu" həm məktəbin, həm şagirdlərin, həm də valideynlərin dostudur. 2016-cı ildən fəaliyyət göstərən "Məktəblinin dostu" layihəsi bu tədris ilindən Gəncə, Lənkəran, Masallı və Cəlilabad şəhərlərində ümumilikdə 12 məktəbdə tətbiq olunur.
Bizim.Media xəbər verir ki, Elm və Təhsil Nazirliyi sözügedən layihə çərçivəsində videoçarx hazırlayıb.
Beləliklə də, layihə hazırda Bakı, Sumqayıt, Abşeron da daxil olmaqla ölkə üzrə 238 məktəbi əhatə edir.
Məktəblinin dostlarının əsas vəzifələri müəllimlər, şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə, diaqnostik işlər aparmaqdır.
Həmin videoçarxı təqdim edirik:
Bizim.Media