Paytaxtın yaşlı sakinlərinin yüz illərdir yaşatdıqları ənənə - FOTOREPORTAJ     

Paytaxtın yaşlı sakinlərinin yüz illərdir yaşatdıqları ənənə - FOTOREPORTAJ     

Hazırda oxunan: Paytaxtın yaşlı sakinlərinin yüz illərdir yaşatdıqları ənənə - FOTOREPORTAJ     

188339

Paytaxtın bir çox parklarında, xüsusən havanın xoş olduğu günlərdə, axşamçağı eyni mənzərəni görmək mümkündür. Hansı ki, bu mənzərə özündə dostluqla birgə gərgin rəqabəti də əks etdirir. 

Bəli, söhbət parklarda nərd oynayan ahıl paytaxt sakinlərindən gedir.

Bəzən onlar gərgin derbilərinə o qədər aludə olurlar ki, saatların necə gəlib keçdiyinin belə fərqində olmurlar.

Çünki bu qədim oyun canlı ənənəyə malikdir və insanları bir araya gətirmək gücünə malikdir. Küçədə nərd oynamaq təkcə oyun deyil, həm də ictimai fəaliyyət və ünsiyyət vasitəsi sayılır. 
Ağsaqqallar küçədə nərd oynayıb, bir-biri ilə ünsiyyətdə olub əylənirlər. Bu tədbir həm də yaşlıların gənclərlə bir araya gəlməsinə, mədəni bağ yaratmasına şərait yaradır. Oyuna aludə olan paytaxt sakinlərinin sevinci və həyəcanı da bunun bariz sübutudur. Həmçinin küçədə nərd oynayan böyüklərimiz şəhərin həyatını və dinamikasını əks etdirirlər.  

Bizim.Media-nın əməkdaşının hazırladığı fotoreportajı təqdim edirik:
























Leyla Qəhrəmanova, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO