Bəraət alan şirkət rəhbəri yenidən həbs edildi

Bəraət alan şirkət rəhbəri yenidən həbs edildi

Hazırda oxunan: Bəraət alan şirkət rəhbəri yenidən həbs edildi

188337

Ötən il bəraət alan “Protəmir İnşaat” şirkətinin rəhbəri İlyas Namazov həbs edilib.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi belə qərar qəbul edib.

Elbəy Allahverdiyevin sədrlik etdiyi məhkəmə heyəti prokurorun protestini və zərərçəkmişlərin şikayətini əsaslı hesab edib.
Qərara əsasən İ.Namazov 2 il 6 ay azadlıqdan məhrum edilib. Şirkət rəhbəri məhkəmə zalında həbs edilib. Zərərçəkmiş şəxslərin mülki iddiaları isə qismən təmin edilib.

Qeyd edək ki, İ.Namazov zərərçəkmiş şəxslərə ev təmir edəcəyi vədi verərək onların pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub. 

Lakin Nərimanov Rayon Məhkəməsi ittihamı əsassız sayıb. Namazova dəlil və sübut yetərsizliyi əsası ilə bəraət verilmişdi.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO