Bakının mərkəzində kanalizasiya borularında baş verən tıxanma aradan qaldırılıb.
Bu barədə Bizim.Media-ya “Azərsu” ASC-dən bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Fəvvarələr meydanını kanalizasiya suları basdı - VİDEO
Məlumata görə, “Azərsu” əməkdaşları tərəfindən əraziyə baxış keçirilib, Sukanal İdarəsinin qəza briqadaları oraya cəlb olunub və problem aradan qaldırılıb.
Qeyd edək ki, aprelin 21-də günorta saatlarında Səbail rayonu, Təbriz Xəlilbəyli küçəsi, 1 ünvanında kanalizasiya borularında tıxanma baş verib, tıxanma nəticəsində çirkab suları küçəyə axıb.
Bizim.Media