Azərbaycanda ölüm hallarının azaldılması üçün İşçi Qrupunun ilk iclası keçirildi

Azərbaycanda ölüm hallarının azaldılması üçün İşçi Qrupunun ilk iclası keçirildi

Hazırda oxunan: Azərbaycanda ölüm hallarının azaldılması üçün İşçi Qrupunun ilk iclası keçirildi

18811

TƏBİB-in "Neonatoloji xidmətin yaxşılaşdırılması, şəhər və rayonlarda neonatal ölümün azaldılması üzrə İşçi Qrupu"nun ilk iclası keçirilib.

Bizim.Media xəbər verir ki, TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı tibbi xidmətlərin keyfiyyətinin artırılması və səhiyyə sahəsindəki islahatların uğurla davam etdirilməsi üçün beynəlxalq təcrübəyə sahib gənc kadrların rolunun vacib olduğunu bildirib.

İdarə Heyətinin sədri layihənin davamlılığı ilə bağlı cari məsələlərdən bəhs edərkən işin daha effektiv icra edilməsi və yerlərdə səhiyyə xidmətlərinin təkmilləşdirilməsi üçün bu sahədə çalışan mütəxəssislərin layihəyə cəlb olunmasının, daha keyfiyyətli tibbi xidmət göstərilməsi üçün bölgələrdə tibbi cihaz avadanlıqlarına olan ehtiyacların öyrənilməsinin və tibbi diaqnostik müalicəvi protokolların hazırlanmasının əsas prioritet olduğunu bildirib.

TƏBİB-in Tibbi xidmətlər departmentinin rəhbəri Firəngiz Əliyeva İdarə Heyətinin sədrinə işçi qrupunun üzvlərini təqdim edib və neonatal xidmətlə bağlı həlli vacib məsələlər barədə danışıb.

İşçi qrupunun rəhbəri, K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev neonatoloji xidmətin yaxşılaşdırılması, şəhər və rayonlarda neonatal ölümün azaldılması məqsədilə hazırlanan fəaliyyət planını sədrə təqdim edib.

A.Musayev layihədə iştirak edən hər bir həkimin üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyinə əminliyini bildirib.

Görüş ölkədə neonatoloji xidmətin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərin müzakirəsi ilə davam etdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO