Qafqaz Albaniyası irsi daha sistemli şəkildə araşdırılmalıdır” – AMEA prezidenti 

Qafqaz Albaniyası irsi daha sistemli şəkildə araşdırılmalıdır” – AMEA prezidenti 

Hazırda oxunan: Qafqaz Albaniyası irsi daha sistemli şəkildə araşdırılmalıdır” – AMEA prezidenti 

188099

Azərbaycan dövlətçiliyinin təşəkkülünün bir hissəsi olan Qafqaz Albaniyasının, həmçinin onun müasir dövrümüzə qədər gəlib çıxan irsinin bu gün daha sistemli şəkildə araşdırılmasına ehtiyac var.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü akademik İsa Həbibbəyli “Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” mövzusunda XI beynəlxalq konfransda çıxışı zamanı bildirib.

O qeyd edib ki, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızdakı arxeoloji, etnoqrafik, memarlıq nümunələrinin ermənilər tərəfindən saxtalaşdırılmasına cəhdlər göstərilib. "Bu abidələrin sırasında Qafqaz Albaniyasının xristian irsi xüsusi yer tutur. Sözügedən maddi mədəniyyət nümunələrinin ölkəmizə məxsusluğuna dair tarixi həqiqətlərin beynəlxalq elmi ictimaiyyətə çatdırılması vacibdir”, - deyə akademik vurğulayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO