Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb

Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb

Hazırda oxunan: Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb

188065

Bakının Xətai rayonunda tanışını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb.

Bu barədə Bizim.Media-ya Xətai rayon prokurorluğundan bildirilib. Məlumata əsasən, aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 2003-cü il təvəllüdlü Səbuhi Qürbətovun Xətai rayonu, Xudu Məmmədov küçəsi ərazisində tanışı Elnarə Cabbarovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsi, daha sonra isə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Səbuhi Qürbətov saxlanılaraq polis müşayiəti altında xəstəxanada ona tibbi yardım göstərilir.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO