Bu gün Yerdə geomaqnit qasırğası olacağı proqnozlaşdırılır. Bakıda qasırğa günorta saat 12:00-dan etibarən öz təsirini göstərməyə başlayacaq və 21:00-dək davam edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının saytında yer alıb. Geomaqnit dalğaların təsiri Kp 4 səviyyəsinə qədər yüksələcək ki, bu da zəif geomaqnit qasırğası deməkdir.
Xidmətin saytı qasırğa nəticəsində bəzi insanlarda baş ağrısı, yuxusuzluq, halsızlıq və gərginliyin ola biləcəyini yazır.
Laboratoriyanın mütəxəssisləri Günəşdə 18-21 aprel tarixlərində X səviyyəsində partlayışların baş verdiyini qeyd edirlər. Bu partlayışlar Yerə də təsirsiz ötüşməyəcək. Bu təsirin xüsusilə cümə və şənbə günlərində daha da artacağı proqnozlaşdırılır.
Nevroloqlar Yerdə müşahidə olunan geomaqnit qasırğalarının yeni doğulan körpələr və yaşlı insanlar üçün təhlükəli ola biləcəyini söyləyirlər.
"Qeyri-sağlam qidalanan və yuxu rejiminə riayət etməyən şəxslərin orqanizmində müavimət aşağı olur. Sinir sistemi bu və ya digər səbəblərdən oyanıq olan şəxslərə geomaqnit qasırğası daha pis təsir edir", - deyə məlumatda qeyd edilir.
Həkim-kardioloq Yuri Konev geomaqnit qasırğasının təsirini azaltmaq üçün həssas insanların daha çox maye qəbul etməli olduqlarını söyləyir: "Günəşdəki partlayışlar insanda əsasən qan dövranına mənfi təsir edir. Ona görə bu günlərdə daha çox su qəbul edərək qan dövranımızı sabit saxlaya bilərik"
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:47 / 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
Hazırda oxunan: DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
Hazırda oxunan: DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
188049
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.