“Məclis.info” saytının rəhbəri İmran Əliyev həbs edilib.
Bizim.Media qafqazinfo-ya istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib.
Qərara əsasən İ. Əliyev haqda 2 ay 1 günlük həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. O, polis tərəfindən məsuliyyətə cəlb edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 206. 3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bizim.Media