Çindən Bakıya uçan təyyarə reysi təxirə salınıb. Nəticədə 50-dən çox azərbaycanlı sərnişin Çinin Quancou şəhərindəki Bayun hava limanında qalmalı olublar.
Bu barədə Bizim.Media-ya Beynəlxalq Təhsil Mərkəzinin direktoru Ramal Şəmşədli məlumat verib. O, səhər reysinin ttəxirə düşməsi səbəbindən vətənə qayıda bilmədiklərindən şikayətlənib.
“Biz səhər Azərbaycana uçmalıydıq. Hava şəraitini səbəb gətirərək, uçuşun vaxtının uzadıldığını və gedəcəyimizi dedilər.
Əslində hava şəraiti ilə bağlı da problem yoxdur. Xeyli gözlətdkdən sonra 3 gün reys olmayacağını bildirdilər. Nə biletimizi qaytarırlar, nə başqa ölkə reysləri vasitəsilə yola salırlar, nə də qalmaq üçün otel şəraiti ilə təmin edirlər. Heç bir köməklik göstərilmir. Azərbaycanın Çindəki səfirliyimizdən dəstək istəyirik”, - deyə Ramal Şəmşədli gileylənib.
Alçina Amilqızı, Bizim.Media