20 aprel 1827-ci ildə Qacarlarla müharibənin (1826-1828) gedişində Azərbaycanın cənubuna doğru irəliləyən rus qoşunları Araz çayı üzərindəki Xudəfərin körpüsünü (Cəbrayıl rayonu ərazisində) tutublar. Körpünün ələ keçirilməsi rus qoşunlarının Naxçıvan xanlığına hücumlarına imkan yaradıb. May ayında Naxçıvan işğal olunub.
Bəs, 20 apreldə dünyada daha hansı hadisələr baş verib?
1. 571-ci ilin 20 aprel tarixində dünyanın son peyğəmbəri Hz.Məhəmməd Məkkədə anadan olub.
2. 1814-cü ildə Fransaya qarşı müharibədə qalib gələn dövlətlər imperator Napoleonu qvardiyası ilə birlikdə Elba adasına sürgünə göndərdilib. Bununla əlaqədar Paris yaxınlığında Fontenblo sarayı qarşısında Napoleonla vida mərasimi təşkil olunub.
3. Ədəbiyyat tarixinin ilk detektiv hekayəsi sayılan “Morq küçəsi cinayəti” 1841-ci ilin 20 aprelində dərc edildi. Edqar Allen Poe tərəfindən yazılmış əsərdə hadisələr qəhrəmanın iş yoldaşı tərəfindən danışılır.
4. 20 aprel 1902-ci ildə Pyer və Mariya Küri saf radium-xlorid əldə edib.
5. 20 aprel 1924-cü ildə Türkiyə Respublikasının ilk konstitusiyası olan “1924 Konstitusiyası” qüvvəyə minib. Bu konstitusiya 1961-ci ilə qədər etibarlı sayılıb.
6. 20 aprel 1970-ci ildə ABŞ prezidenti Riçard Nikson Vyetnamdan 150 min Amerika əsgərinin geri çəkiləcəyini açıqladı.
7. 1972-ci ilin 20 aprelində ABŞ-ın “Apollon-16” kosmik gəmisi Aya eniş edib.
8. 20 aprel 2004-cü ildə Azərbaycan Respublikası Paraqvay ilə diplomatik əlaqələr qurulub.
9. 2010-cu ilin bu günündə Meksika körfəzinin ABŞ-a aid ərazisində BP şirkətinə məxsus “Deepwater Horizon” platformasında baş vermiş partlayış 11 nəfərin ölümünə və tarixdə ən böyük neft sızmalarından birinə səbəb olub. Qəza zamanı baş verən yanğın nəticəsində platforma suyun dibinə batıb. Yataqdan isə 85 gün ərzində okeana neft axıb. Körfəzə ümumilikdə təxminən 470 milyon litr neft sızıb.
20 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır:
1. Azərbaycanda səhiyyənin inkişafında böyük xidmətləri olan professor Əbülfəz Qarayev 1885-ci il aprelin 20-də anadan olub. Ölkədə qadın və uşaq müalicə müəssisələrinin təşkilatçılarından biri olan Ə.Qarayev 1938-ci ildən ömrünün sonunadək - 14 il Azərbaycan pediatriya cəmiyyətinin sədri olub.
2. Azərbaycanın görkəmli komediya ustası və xalq artisti Nəsibə Zeynalova 1917-ci ilin bu günü Bakıda, Azərbaycan teatr sənətinin banilərindən olan Cavanşir Zeynalovun ailəsində dünyaya gəlib. Nəsibə Zeynalovanın ən məşhur rolu “Qayınana” komediyasındakı qayınana - Cənnət obrazıdır.
3. Alman dövlət və siyasi xadim, nasizm ideyasının yaradıcısı, lll Reyxin reyxs-kansleri və prezidenti Adolf Hitler 20 aprel 1889-cu ildə anadan olub. Hitler tarixdə 100 ən çox öyrənilən şəxsiyyətlərdən beşincisidir.
4. Azərbaycannın kino və teatr rejissoru, aktyor və pedaqoqu, Xalq artisti Rza Təhmasib 1894-cü ilin bu günündə anadan olub.
5. Nasir, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru, professor, Əməkdar incəsənət xadimi Çingiz Hüseynov 20 aprel 1929-cu ildə dünyaya göz açıb.
6. Azərbaycan SQ-nin general-mayoru, Aprel və Vətən müharibəsinin qəhrəman komandanlarından biri Mais Bərxudarov 20 aprel 1976-cı ildə dünyaya gəlib.
7. Xanəndə, bəstəkar, musiqi xadimi, Xalq artisti, Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri Cabbar Qaryağdı oğlu 1944-cü ilin bu günündə dünyasını dəyişib.
8. Azərbaycan dramaturqu və kinossenaristi, Xalq yazıçısı İmran Qasımov 20 aprel 1981-ci ildə vəfat edib.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:00 / 20.04.2024
BİZİM TƏQVİM: 20 apreldə baş vermiş tarixi hadisələr
Hazırda oxunan: BİZİM TƏQVİM: 20 apreldə baş vermiş tarixi hadisələr
Hazırda oxunan: BİZİM TƏQVİM: 20 apreldə baş vermiş tarixi hadisələr
187974
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.