Ölüm düşərgəsinin VİP xəstələri, havada uçuşan PULLAR - FOTOFAKT

Ölüm düşərgəsinin VİP xəstələri, havada uçuşan PULLAR - FOTOFAKT

Hazırda oxunan: Ölüm düşərgəsinin VİP xəstələri, havada uçuşan PULLAR - FOTOFAKT

18788

Dünən Baş Prokurorluq tərəfindən saxlanılan Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi Ağayev İmran Əliağa oğlu haqqında gedən söz-söhbətlər səngimək bilmir.

Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə gedən müzakirələrdə həkimə qarşı şikayətlər artır. 
 

MÖVZU İLƏ BAĞLI:

Həbs edilən baş həkim Oqtay Şirəliyevin qohumudur - FOTO


İstifadəçilərin rəylərinə nəzər saldıqda görərik ki, o, bir çox insanlardan rüşvət alıb və bunu həyasızcasına tələb edib.

Əldə etdiyimiz məlumatlara görə, yiyəsi pul ödəməyən xəstələrə demək olar ki, tibbi yardım göstərilməyib və onlara xüsusi nəzarət olmayıb. Ancaq bundan fərqli olaraq, məcburiyyətdən borca-xərcə düşərək, baş həkimə 3-5 min manat ödəyən xəstələr “VİP qayğı” görürmüş. 

Xəstələrdən birinin yaxını deyir ki, anasının vəziyyəti pisləşdiyi üçün məcburən xəstəxanaya yerləşdirilmək qərarına gəlib, lakin ona reanimasiyada çarpayı olmadığını bildiriblər. 

Sonradan “əlaltıların” xəstə yaxınına yazıqları gəlib.  Ona 3 min manat pul müqabilində kömək edəcəklərini deyiblər. 

Uzun  bazarlıqdan sonra 2 min manata razılığa gəliblər. Nəhayət, ağır xəstə palataya yerləşdirilib. 

Sosial şəbəkə istifadəçilərinin şikayətləri əsasən ölümlə bağlıdır. Bəziləri İmran Ağayevin diş həkimi olduğunu və necə, hansı yolla koronavirus xəstələri üçün nəzərdə tutulmuş xəstəxanaya baş həkim təyin olunması barədə yazıb.

Qeyd edək ki, İmran Ağayev 2003-cü ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib. 2003-2006-cı illərdə çənə cərrahı ixtisası üzrə internatura və kliniki ordinatura keçib.

Stomatologiya kafedrasının assistenti, tibb elmləri namizədi (tibb üzrə fəlsəfə doktoru), Azərbaycan İmplantoloqlar Assossiasiyasının üzvüdür. 2009-cu ildən bəri Azərbaycan Respublikası Gömrük Komitəsinin Mərkəzi Qospitalının stomatoloqudur. Bundan başqa, Avropa Diş İmplantoloqları Assosiasiyasının üzvlüdür. “MediStyle” Hospitalının baş həkimi vəzifəsində işləyib.

Vüsalə Balayeva, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO