Kürdə batan atanın meyiti TAPILDI - Qızının axtarışları davam edir - FOTO/VİDEO

Hazırda oxunan:  Kürdə batan atanın meyiti TAPILDI - Qızının axtarışları davam edir - FOTO/VİDEO

187878

Ağcabədidə Kürdə batan Zərdabın Qoruqbağı kənd sakini Vaqif Süleymanovun cəsədi tapılıb.

Bu barədə Bizim.Media-nın Aran bürosuna kənd sakinləri bildirib.

Vaqif Süleymanovun cəsədi bu gün səhər saat 00:05 radələrində batdığı yerdən təqribən 7-8 km aralıda Zərdabın Pərvanlı kəndi ərazisindən keçən hissəsində tapılıb.

Amma atası ilə birlikdə batan 6 yaşlı Səma Süleymanlının axtarışları davam edir. Vaqif Süleymanovun meyiti sudan çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.
Qeyd dək ki, aprelin 12-də Zərdab rayon Qoruqbağı kənd sakini Süleymanov Vaqif  Tahir oğlu ailəsi ilə birlikdə özünündə işlədiyi Kür çayının kənarındakı motorxanaya istirahətə gəlib. Bu zaman onun 6 yaşlı qızı 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının ayağı sürüşərək suya yıxılıb. Bunu görən uşağın atası Sülüeymanov Vaqif qızını xilas etmək üçün onun ardınca suya tullanıb. Nəticədə ata və qızı suda boğulub.

Hazırda faktla bağlı araşdırma aparılır.











Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO