İşğaldan azad edilmiş ərazilərə qayıdışın səmərəli təşkili üçün repatriasiya potensialını proqnozlaşdırmaq məqsədi ilə keçirilən birinci sosioloji tədqiqat - onlayn-sorğu başa çatır.
ADA Universitetindən Bizim.Media-ya verilən xəbərə görə, onlayn-sorğunun fəaliyyəti 25 aprel saat 20:00-da dayandırılacaq. Bundan sonra məlumatların emalı və təhlili başlayacaq.
Bu il fevralın 22-də açılmış bu internet sorğusu ADA Universitetində yaradılmış və müxtəlif elm-təhsil müəssisələrinin mütəxəssislərindən ibarət olan xüsusi Tədqiqat qrupu tərəfindən dövlət sifarişi əsasında keçirilir.
Sorguda 65 min nəfər iştirak edib, sorğu səhifəsinə baxış sayı isə 400 mini aşıb. Bütün iştirakçıların fərdi məlumatları konfidensial saxlanılır.
ADA Universiteti və Tədqiqat Qrupu onlayn-sorğuda iştirak edərək öz istək, niyyət və gözləntilərini bildirən bütün məcburi köçkün vətəndaşlarımıza, sorğu ilə bağlı elan, xəbər və yenilikləri mütəmadi olaraq işıqlandıran kütləvi informasiya vasitələrinə, tədqiqatın keçirilməsinə kömək göstərmiş bütün həmkarlara əməkdaşlığa görə minnətdarlığını bildirir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:42 / 23.04.2021
Məcburi köçkünlər arasında Qarabağa qayıdışla bağlı sorğu başa çatdı
Hazırda oxunan: Məcburi köçkünlər arasında Qarabağa qayıdışla bağlı sorğu başa çatdı
Hazırda oxunan: Məcburi köçkünlər arasında Qarabağa qayıdışla bağlı sorğu başa çatdı
18786
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.