Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO

Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO

Hazırda oxunan: Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO

187823

Bu gün Başlıbel qətliamından 31 il keçir.

Bizim.Media xəbər verir ki, hadisə şahidləri İctimai TV-yə qətliamın dəhşətlərini danışıblar.

Başlıbel sakini Niyyət Əhmədovun ailə üzvləri gözləri qarşısında qətlə yetirilib:

“Əvvəl anamı, sonra isə bacımı güllələyərək öldürdülər. Sonra isə digər şəxsləri maşına yığaraq apardılar”.

Ələkbər Ələsgərov da yaxınlarının öldürüldüyünə şahidlik edib:

“12 nəfərimizi öldürdülər, 14 nəfəri isə girov apardılar, qalanlar isə canını qurtarmağa çalışdılar, lakin heç kimin bir-birindən xəbəri yox idi”.

Qeyd edək ki, 1993-cü il aprelin ilk günlərində Kəlbəcər rayonunun işğalı zamanı iki minə yaxın əhalisi olan Başlıbel kəndində 73 sakin evlərini tərk edə bilməyib. Onlar aprelin 2-də mühasirədən çıxmağa çalışarkən ermənilər doqquz nəfəri qətlə yetirib, beş nəfəri isə girov götürüblər. Qalan 62 nəfər isə dağlara çəkilərək kahalarda gizlənib.

Aprelin 18-də sakinlərin yerlərini aşkarlayan ermənilər kahalara hücum edərək daha 18 nəfəri qətlə yetirib, 14 nəfəri isə girov götürüblər. Hadisə zamanı bir nəfər itkin düşüb. Sağ qalmağı bacaran 30 nəfər 113 gün mühasirədə qalıb. Nəhayət, iyulun 17-də onlar ancaq gecə hərəkət edərək dağ yolları ilə mühasirədən çıxa biliblər. Bu hadisələr zamanı yalnız 93 yaşlı Başlıbel sakini Ələsgər Kazımov doğma kəndini tərk etməyərək həyatını mühasirədə davam etdirib.

Daha ətraflı videoda:
 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO