Qarabağdan gedən sülhməramlılar Ukrayna müharibəsinə qatılacaq? – SENSASİON AÇIQLAMA

Qarabağdan gedən sülhməramlılar Ukrayna müharibəsinə qatılacaq? – SENSASİON AÇIQLAMA

Hazırda oxunan: Qarabağdan gedən sülhməramlılar Ukrayna müharibəsinə qatılacaq? – SENSASİON AÇIQLAMA

187788

“Rusiya sülhməramlı kontingentinin Qarabağdakı mandatı faktiki olaraq 2025-ci ilin sonuna qədər qüvvədədir. Lakin 2023-cü ilin sentyabrında baş verən məlum hadisədən (antiterror tədbirləri – red.) sonra regionda vəziyyət dəyişib”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında “PolitRus” informasiya-analitik portalının rəhbəri, politoloq Vitali Arkov deyib.

“Sülhməramlıların fəaliyyətinə ehtiyac qalmadı”

Rus sülhməramlılarının 10 noyabr bəyanatında nəzərdə tutulduğundan daha tez zamanda ərazini tərk etməsini şərh edən Arkov, hazırda sülhməramlıların ərazidəki fəaliyyətinə ehtiyacın qalmadığını qeyd edib:

“Azərbaycan Qarabağ üzərində tam nəzarəti bərpa etdikdən dərhal sonra Rusiya sülhməramlılarının regionda fəaliyyətlərinin davam etdirilməsi məsələsi də gündəmə gəldi. Onlar bir müddət daha qalmalı oldular, çünki Qarabağda qalan erməni sakinlərlə birgə yaşayış məsələsi gündəmdə idi.

Həmçinin Rusiya sülhməramlı kontingentinin istehkamçı mütəxəssisləri azərbaycanlı həmkarlarına ərazidə, xüsusən də Xocalı rayonunda minaların təmizlənməsində köməklik göstəriblər. Bu birgə iş davam etdirilə bilər, çünki Rusiya tərəfi bütün lazımi avadanlıq və səriştələrə malikdir”, - deyə V.Arkov bldirib.

O qeyd edib ki, sülhməramlılar ərazidəki son missiyalarını da uğurla başa vurublar. Hazırda ərazidə qalan ermənilərin inteqrasiyası uğurla başa çatıb.

Yaranan suallardan bir digəri isə sözügedən missiyanın Ukrayna-Rusiya müharibəsində iştirakı ilə bağlıdır:

“Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən keçmiş Ukraynaya köçürülməsinin mümkünlüyü ilə bağlı sualınıza gəlincə, mən hesab edirəm ki, bu mümkündür. Lakin biz hərbi təmas xəttindən danışmırıq. Rusiya Müdafiə Nazirliyinin mülki administrasiyalarının və yerli bölmələrinin formalaşdırılması zamanı təhlükəsizliyin təmin edilməsi üçün Rusiyanın nəzarətinə keçən Odessa, Nikolayev, Xarkov, Poltava və Dnepropetrovskda Rusiya sülhməramlı kontingentinin Qarabağdakı təcrübəsinə böyük tələbat olacaq. Qəzza zolağında İsrail və Fələstin arasında münaqişənin lokallaşdırılmasında Rusiya sülhməramlı kontingentinin iştirakını da istisna etmirəm”, - deyə V.Arkov əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO