“Google” İsrailə görə 28 əməkdaşını işdən çıxartdı

“Google” İsrailə görə 28 əməkdaşını işdən çıxartdı

Hazırda oxunan: “Google” İsrailə görə 28 əməkdaşını işdən çıxartdı

187770

“Google” şirkətinin İsrail hökuməti ilə biznes əlaqələrinə son qoyması tələbi ilə ötən gün oturaq etiraz aksiyası keçirən 28 əməkdaşı işdən çıxarılıb.

Bizim.Media  “The times of İsrael” qəzetinə istinadən xəbər verir ki, açıqlamada əməkdaşların “şirkət siyasətlərini pozduqlarına görə” maddəsi ilə işdən çıxarıldığı qeyd edilib.

Etirazçılar bir neçə “Google” ofisi qarşısında nümayiş, Nyu-York və Kaliforniyada isə 10 saatlıq oturaq aksiya keçiriblər. Aksiyalar zamanı 9 nəfər həbs edilib.

Xatırladaq ki, ötən il oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Noyabrın 24-də Misir və Qətərin vasitəçiliyi ilə HƏMAS və İsrail arasında humanitar atəşkəs əldə olunub.
Dekabrın 1-də İsrail ordusu HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edərək Qəzzada hərbi əməliyyatları yenidən bərpa edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO