Düşmənin guya cənub istiqamətində bölmələrimizin minaatan taqımını məhv edərək vacib sənədləri əldə etməsi barədə Ermənistan mətbuatının yaydığı xəbər cəfəngiyatdan başqa bir şey deyil.
Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Nazirlik həmçinin Ermənistan KİV-ində guya Şuşa şəhərinə qadağan olunmuş döyüş sursatının atılması barədə yayılan xəbərin də dezinformasiya olduğunu bəyan edib.
Bizim.Media