Sumqayıtda 35 yaşlı qadını zorlayıb, öldürən şəxsin fotoları yayımlandı -  FOTOLAR

Sumqayıtda 35 yaşlı qadını zorlayıb, öldürən şəxsin fotoları yayımlandı - FOTOLAR

Hazırda oxunan: Sumqayıtda 35 yaşlı qadını zorlayıb, öldürən şəxsin fotoları yayımlandı - FOTOLAR

187578
Xəbər verdiyimiz kimi, avqustun 7-də Sumqayıtda qətl hadisəsi baş verib. 1982-ci il təvəllüdlü Sevda Bayramovanı şəhər sakini 29 yaşlı Fəttah Nuriyev zorlayıb və boğaraq öldürüb.

Yerli xeberle.com saytının əldə etdiyi məlumata görə, S.Bayramova Sumqayıt məktəblərinin birində direktor müavini işləyən şəxsin gəlini olub. Mərhumun Sumqayıtda məhəllələrin birində kirayə yaşadığı bildirilir.

S.Bayramova ailəli olub, 2 övladı qalıb.

Bildirilir ki, qadını qətlə yetirmiş 29 yaşlı Fəttah Nuriyev idmanla məşğul olub və hətta nəticələri də var. Onun Sumqayıtda 10 nömrəli məktəbdə məşq keçdiyi də yayılan məlumatlar sırasındadır. Məlumata əsasən, F.Nuriyev Sumqayıtda 3-cü mikrorayonda yaşayıb və 1 azyaşlı övladı var.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO