Azad edilmiş ərazilərdəki yaylaqlara 4 mindən çox fermer KÖÇƏCƏK

Azad edilmiş ərazilərdəki yaylaqlara 4 mindən çox fermer KÖÇƏCƏK

Hazırda oxunan: Azad edilmiş ərazilərdəki yaylaqlara 4 mindən çox fermer KÖÇƏCƏK

187470

İşğaldan azad edilmiş ərazilərdə yerləşən yaylaqlara köç edəcək 4 min 500 nəfərdən çox fermerə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Beynəlxalq Avrasiya Mətbuat Fondunun müvafiq əməkdaşları tərəfindən Partlayıcı Sursatların Təhlükəsinə dair maarifləndirmə təlimləri keçirilir.

ANAMA-dan Bizim.Media-ya verilən məlumata görə, Kənd Təsərrüfatı Nazirliyinin müraciətinə əsasən təlimlər Yevlax rayonu, Sumqayıt və Gəncə şəhərlərində mərhələli şəkildə həyata keçirilir.

Təlimlərdə iştirakçılara şübhəli ərazilərin əlamətləri, təhlükəli ərazilərdə davranış qaydaları, xəbərdarlıq nişanları barədə məlumat verilir.

Həmçinin fermerlərə təhlükəsizlik qaydalarına riayət etməklə bağlı daha nizam-intizamlı, məsuliyyətli və sayıq olmağa dair çağırışlar edilir, təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamağa və şübhəli əşyalara toxunmamağa dair təlimatlar təqdim olunur.
İşğaldan azad olunmuş ərazilərə səfər edən, bərpa və quruculuq işlərinə cəlb olunan, həmçinin sahibkarlıqla məşğul olan hər kəs mütləq şəkildə xüsusi davranış və təhlükəsizlik qaydalarına əməl etməlidir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO