Dənizkənarı Milli Parkda gəzinti gəmilərinin fəaliyyəti 2022-ci ildən dayandırlıb. Buna səbəb Xəzər dənizinin səviyyəsinin enməsi və suyun sahildən geri çəkilməsi göstərilir.
İki ilə yaxın müddətdə gəmilərin dənizdə görünməməsi bu halın nə qədər davam edəcəyi, Xəzərin səviyyəsinin nə zaman əvvəlki vəziyyətinə qayıtmasını müzakirə mövzusu edir.
Maraqlıdır, yenidən Xəzərin suyu arta bilərmi? Yoxsa bu azalma davam edəcək?
Məsələ ilə bağlı Bizim.Media-ya ekoloq Telman Zeynalov danışıb. O, bunun təkrarlanan proses olduğunu bildirib:
“Xəzər dənizinin quruması, çəkilməsi müvəqqətidir. 1960-cı ildə Xəzər dənizi çəkilmişdi, o dövrdə çəkilən yerlərdə bəzi obyektlər tikildi. Sonra Xəzər dənizi qalxmaqla hamısı suyun altında qaldı. Ona görə də suyu çəkilən yerdə obyekt tikmək qəti qadağandır. Çünki su yenə artacaq və əvvəlki formasına qayıdacaq. Xəzər dənizi 2 min il ərzində iki dəfə qalxıb və enib. Ona görə də Xəzərin suyunun xeyli çəkilməsi və tamamilə quruması inandırıcı deyil. Yəni bu proses təkrarlanır”.
Ekspert qeyd edib ki, yağıntıların miqdarı artdıqca suyun səviyyəsi də artacaq:
“Suyu Xəzərə gətirən Volqa, Ural və Kür çayıdır. Onların üzərində suvarma məqsədilə bəndlər tikirlər və deyirlər ki, bu, su qıtlığı yaradacaq. Amma ümumilikdə su qıtlığı yoxdur. Yəni vaxtilə iqlimlə əlaqədar olaraq, yağıntıların miqdarının az olmasına görə dəniz qurumağa başlayıb. Amma bu ildən yağıntının miqdarı artıb. Şəxsən Bakının özündə bu hiss olunur, mart və aprel ayında nə qədər yağış yağdı. Bakı şəhərində yağıntının miqdarı minimuma enmişdi. Son 30 ildə Azərbaycanda quraqlıqdı, bu da onunla əlaqədardır”.
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:00 / 16.04.2024
“Bulvar”da gəmi gəzintiləri DAYANDIRILIB – Xəzərin suyu yenə geri ÇƏKİLİR?
Hazırda oxunan: “Bulvar”da gəmi gəzintiləri DAYANDIRILIB – Xəzərin suyu yenə geri ÇƏKİLİR?
Hazırda oxunan: “Bulvar”da gəmi gəzintiləri DAYANDIRILIB – Xəzərin suyu yenə geri ÇƏKİLİR?
187462
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.