Pomidor şitillərində ÇÜRÜMƏ – Məhsul qıtlığı və bahalaşma GÖZLƏNİLİRMİ? 

Hazırda oxunan: Pomidor şitillərində ÇÜRÜMƏ – Məhsul qıtlığı və bahalaşma GÖZLƏNİLİRMİ? 

187410

Son günləri çıxmaqla bir neçə aydır ölkəmizdə hava şəraiti qeyri-sabit keçir. Yaz aylarında yağan yağış təbiətə müsbət təsir etsə də bəzi rayonlarda kənd təsərrüfatına zərərsiz ötüşməyib. Belə ki, daha çox pomidor yetişdirilən Göyçayda pomidor şitillərində çürümə xəstəliyi yayılıb. Buna da rütubətli havanın səbəb olduğu bildirilib.

Bəs bu hal məhsuldarlığı aşağı sala, pomidor qıtlığına və qiymətinin artmasına səbəb ola bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, belə hallara hava şəraitinin dəyişkən olması səbəb olur:

“İndi torpağa vurulan şitillər may ayının sonu, iyun ayının əvvəlində məhsul verəcək. Yəni pomidor açıq sahədə aprelin əvvəllərində əkilməyə başlayır. Hava şəraitindən, temperaturdan asılı olaraq şitilləri yerə vururlar. Pomidor şitillərinin çöl şəraitində quruması yalnız rütubətdən ola bilməz. Buna təkcə rütubət yox, ümumilikdə hava şəraitinin dəyişkən olması səbəb olur. 

Bu, onu göstərir ki, o şitillər vaxtından əvvəl, havanın temperaturu nəzərə alınmadan açıq sahəyə köçürülüb. Ona görə də quruma və çürümə olub. O şitillər də asanlıqla yeni şitillərlə əvəz ediləcək. Bu şitillər qurumayan, sağlam qalan şitillərdən bir qədər sonra, uzaqbaşı 3-5 gün gec məhsul verəcək. Bəlkə də elə sağlam şitillərlə eyni vaxtda təsadüf edəcək”.

Ekspert hesab edir ki, bu hal pomidor qıtlığına və qiymət artımına təsir etməyəcək:

“Rayonlarda hava soyuq, yağışlı keçirdi. Yağış yağır yeri isladır, amma yeri qurutmaq üçün yüksək temperatur olmur. Ona görə də bu xəstəliklərin yaranmasına gətirib çıxarır. Bir sözlə, bu məsələ məhsuldarlığa təsir etməyəcək baxımından ciddi problem deyil”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO