Polis Naftalanda əməliyyat keçirdi - TUTULANLAR VAR - FOTO

Hazırda oxunan: Polis Naftalanda əməliyyat keçirdi - TUTULANLAR VAR - FOTO

187369

Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Baloğlan İsmayılov saxlanılıb.

DİN-in Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, üzərindən marixuana aşkarlanan şəxs narkotik vasitəni Azər adlı həmyerlisindən aldığını bildirib.

Davam etdirilən tədbirlər nəticəsində B.İsmayılova narkotik vasitəni satan Naftalan şəhər sakini Azər Rüstəmov da saxlanılıb.

Üzərindən marixuana aşkar edilən A. Rüstəmov isə ifadəsində narkotik vasitəni Mingəçevir şəhər sakini Fəqan adlı şəxsdən aldığını bildirib. Tədbirlərin davamı olaraq Fəqan Əliyev də saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərindən də narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO