Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - VİDEO

Hazırda oxunan: Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - VİDEO

187357

Paytaxtın “28 May” stansiyası yaxınlığında taksi sürücüləri dayanacaqların azlığından şikayətçidirlər.

Bizim.Media xəbər verir ki, onlar bildiriblər ki, sözügedən ərazidə taksi dayanacaqları üçün ayrılan yer həm çox kiçikdir, həm də sayı azdır. 

Sürücülər həmçinin qeyd ediblər ki, digər şəxsi avtomobillər taksi dayanacağı üçün nəzərdə tutulan yerdə park edirlər.

Bu da onlar üçün problem yaradır.

“Şəxsi maşınlarını gətirib qoyurlar, bir də axşam götürürlər. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) taksi dayanacaqlarına nəzarət etməlidir. Bizi camaatla niyə üz-üzə qoyurlar? Taksi dayanacağında taksi park etməlidir. Dayanacaqları çoxaltmaq və onlara nəzarət etmək lazımdır”, - taksi sürücüsü şikayətini bildirib.

Daha ətraflı Baku TV-nin süjetində:
 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO