Çingiz Mehdiyevə 12 ilə kimi həbs cəzası verilə bilər

Çingiz Mehdiyevə 12 ilə kimi həbs cəzası verilə bilər

Hazırda oxunan: Çingiz Mehdiyevə 12 ilə kimi həbs cəzası verilə bilər

187322

“Formula 1”ə ayrılan 400 min manatı mənimsəməkdə ittiham olunan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin şöbə rəisi Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Bizim.Media qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham aktını elan edib.

Əvvəlki yazılarımızda ittihamın mahiyyəti ilə bağlı məlumat yaymışdıq. 

Bu gün prokuror cinayət əməli haqda istintaq materiallarında yazılanları tək-tək açıqlayıb.

Qısa olaraq xatırladaq ki, Çingiz Mehdiyev mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun işçisi olub. Rəhimov özü də istintaq dövründə ifadə verib. Mehdiyevin cinayət əməlinin üstü arvadının şikayətindən sonra açılıb. İstintaq orqanı dövlətə dəymiş ziyanın ödənilməsinin sürətlənməsi məqsədi ilə müttəhimin həbsini tələb etməyib. 
Məhkəməyə sədrlik edən Leyla Əsgərova-Məmmədova deyib ki, müttəhimə qarşı irəli sürülmüş ittihamlar sübuta yetirilsə, 12 ilə kimi azadlıqdan məhrum edilə bilər.

İttihamın elanından sonra Mehdiyev özünü qətiyyən təqsirli bilmədiyini deyib. 

Prokuror təqsirləndirilən şəxsin dindirilməsi ilə prosesin davam etməsini təklif edib. Müdafiə tərəfi isə bununla razılaşmayıb. Mehdiyevin vəkili isə əvvəlcə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin nümayəndəsinin dindirilməsini istəyib:

“Bizə maraqlı olan bəzi məsələlər var. İyiriminci şəxsi (Çingiz Mehdiyevi nəzərdə tutur-red) gətirib qoyublar birinci şəxsin yerinə… zərərçəkmiş tərəf gəlib izah etsin, sonra müvəkkilim ifadə versin”.
Məhkəmə prokurorun təklifini qəbul edib. 

Mayın 6-a təyin edilmiş proses təqsirləndirilən şəxsin sərbəst ifadəsi ilə davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO