Alimentin verilməsi hansı hallarda dayandırıla bilər? – Hüquqi İZAH 

Alimentin verilməsi hansı hallarda dayandırıla bilər? – Hüquqi İZAH 

Hazırda oxunan: Alimentin verilməsi hansı hallarda dayandırıla bilər? – Hüquqi İZAH 

187308

Azərbaycanda son statistikalara görə, boşananların sayı artmaqdadır. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin yanvar-fevral aylarında 3456 boşanma halı qeydə alınıb. Həmin dövrdə imza atılan nikahların sayı isə 6739 olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayının azalaraq 4,6-dan 4,0-a düşdüyü, boşanmaların sayının isə 1,8-dən 2,1-ə qədər artdığını göstərir.  

Boşanan ailələrin sayının artması həm də həmin ailələrdə doğulan uşaqların həyat şəraiti, təhsili və ümumi xərclərinin ödənməsi məsələsini müzakirə mövzusu edir. Cütlük boşanma qərarı verirsə, övlad ya atada, ya da anada qalır. Övladından ayrı qalan valideyn də onun təhsili, tərbiyəsi üçün aliment ödəməyə məcburdur.

Bəs alimentin ödənilməsi hansı halda dayandırılır? 
 

MÖVZU İLƏ BAĞLI:

Övlad hansı halda valideynə ALİMENT ödəməlidir? – Hüquqi İZAH


Mövzu ilə bağlı Bizim.Media-ya danışan vəkil Ruslan Vəliyev deyib ki, alimentin verilməsi heç bir halda dayandırıla bilməz:

“Yalnız tələbkarın bundan imtina barədə ərizəsi olduqda və yaxud aliment məbləği əvəzləndikdə dayandırıla bilər. Tücrübədə belə hallara rast gəlinir. Yəni kiminsə hansısa əmlakı var, belə razılığa gəlir ki, aliment ödəməyəcək, amma həmin əmlakı uşaq üçün saxlayır, onun adına keçirir və ya keçirəcək. Belə olan halda tərəflər aliment ödəməkdən azad olurlar. Digər hallarda isə aliment ödənilməsi mütləqdir”.

O bildirib ki, valideynin əlilliyə görə müavinət alması da onu aliment ödəməkdən xilas etmir:

“Valideyn əlil olsa belə aldığı müavinətdən, əlilliyə görə təyin olunan məbləğdən aliment ödəməlidir. 1998-ci ildə “Uşaq hüquqları haqqında” Qanun qəbul olunub və ondan qabaq da BMT-nin uşaq hüquqları haqqında konvensiyası var. 

Hər iki qanunvericilik aktlarında göstərir ki, uşaq hüquqları ilə digər hüquqlar, o cümlədən, valideynlərin hüquqları ziddiyyət təşkil edərsə, uşaq hüquqları üstün tutulur. Uşağın əgər yemək vaxtıdırsa, o saxlanılmalıdırsa, aliment mütləq olmalıdır. Bu, valideynin işləyib işləməməsinə, əlil olub olmamasına baxmır. Bunun başqa yolu yoxdur”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO