Ötən həftə Qarabağda aşkarlanan minaların SAYI  

Hazırda oxunan: Ötən həftə Qarabağda aşkarlanan minaların SAYI  

187303

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb. 

ANAMA-dan Bizim.Media-ya bildirilib ki, azad olunan ərazilərdə 2024-cü ilin aprelin 8-14-ü 5 tank əleyhinə mina, 1 piyada əleyhinə mina, 725 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. 

Həmçinin 476,7 hektar ərazi minalardan təmizlənib. 

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO