Zaqatalada iki qohum pomidor turşusundan ZƏHƏRLƏNDİ 

Hazırda oxunan: Zaqatalada iki qohum pomidor turşusundan ZƏHƏRLƏNDİ 

187294

Zaqatalada iki nəfər pomidor turşusundan zəhərlənib. 

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Tala kəndində baş verib. 

1999-cu il təvəllüdlü Mollahacı Nurəddin oğlu Ramazanov ötən gün zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub. Müayinə zamanı Mollahacı Ramazanovun pomidor turşusundan zəhərləndiyi məlum olub, vəziyyəti ağır olduğu üçün Respublika Toksikologiya Mərkəzinə göndərilib. 
Bu gün isə M. Ramazanovun yaxın qohumu 1963-cü il təvəllüdlü Murad Ramazan oğlu Ramazanov zəhərlənmə əlamətləri ilə Zaqatala RMX-ya müraciət edib.

Onun da ötən gün qohumu M.Ramazanovla eyni məclisdə pomidor turşusundan zəhərləndiyi məlum olub. Murad Ramazanov reanimasiya şöbəsinə yerləşdirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO