Əhaliyə XƏBƏRDARLIQ – “Bu şəxslər üçün ölüm riski var”

Hazırda oxunan: Əhaliyə XƏBƏRDARLIQ – “Bu şəxslər üçün ölüm riski var”

187205

Xəbər verdiyimiz kimi, aprelin 15-16-da geomaqnit qasırğası gözlənilir. Bu barədə ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA) məlumat yayıb.

“Astronomlar aprelin 15 və 16-da bizi “vuracaq” geomaqnit qasırğası barədə məlumat veriblər. Qasırğa G2 (orta) kateqoriyasında olacaq”, - məlumatda deyilir.

Çox vaxt belə günlərdə insanlar sağlamlıqlarının pisləşməsindən, baş ağrılarından, konsentrasiyanın və yuxunun pozulmasından şikayətlənirlər.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan həkim Rasif Bağırov bu gün bəzi insanların səhhətlərinə qarşı çox diqqətli olmalarını vacib hesab edir:  

“Belə günlərdə müəyyən xroniki xəstəlik keçirmiş cavan adamlarda baş ağrıları müşahidə olunur. Belə hava əsasən 50 yaşdan yuxarı insanların səhhətinə mənfi təsir göstərir. Məsələn, qanında müəyyən yağların miqdarı yüksək olan, qanında qatılıq olan, bir sözlə qan təzyiqindən əziyyət çəkən insanlara belə hava pis təsir edir.
Bu da özünü baş ağrıları, halsızlıq kimi simptomlarla göstərə bilər. Belə hava hətta hipertoniyadan ciddi əziyyət çəkən insanların ölümünə belə səbəb ola bilər. Ona görə də bu günlərdə 50 yaşından yuxarı və qan təzyiqindən əziyyət çəkən insanlar bir qədər diqqətli olmalıdırlar”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO