"Bakı Yay Caz Günləri" iki illik fasilədən sonra - FOTOLAR

Hazırda oxunan: "Bakı Yay Caz Günləri" iki illik fasilədən sonra - FOTOLAR

187151

İki illik fasilədən sonra "Bakı Yay Caz Günləri" (Baku Summer Jazz Days) festivalı öz fəaliyyətini bərpa edib.

 

Sfera.az xəbər verir ki, konsert Heydər Əliyev Mərkəzinin parkında açıq havada baş tutub.

 

Konsertə giriş sərbəst olub.

 

Caz festivalının açılışını azərbaycanlı caz trumpet ifaçısı, "H3 Collective"-in yaradıcısı və rəhbəri Firidun Həmidov edib. 

 

İkinci hissədə isə amerikalı caz pianoçusu və bəstəkarı Emmet Kohen öz triosu ilə çıxış edib.

 

Möhtəşəm konsertdən fotoları təqdim edirik: 

 

 

 

Festival Heydər Əliyev Mərkəzi, Azərbaycan Mədəniyyət Nazirliyi və "Premier LTD" şirkətinin təşkilatçılığı ilə həyata keçirilib.

 

Qeyd edək ki, proqram iyulun 7-də məşhur İsveç-Türkiyə saksofonçusu, bəstəkar, aktyor və prodüser İlhan Erşahinin kvarteti ilə davam edəcək.

 

Fotolar: Anar Bayramlı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO