Xəbər verdiyimiz kimi, koronavirus xəstələrini rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsinə görə onların yaxınlarından rüşvət alan “Yeni klinika”nın direktoru Pərviz Akif oğlu Abbasov Baş Prokurorluq tərəfindən saxlanılıb.
Bizim.Media-nın məlumatına görə, Pərviz Akif oğlu Abbasov 20 mart 1981-ci ildə Şəki şəhərində anadan olub. Orta təhsilini 1987-1997- ci illərdə alıb. 2003-cü ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakultəsini oranı bitirib.
Təhsilini 2005-2008-ci illərdə Azərbaycan Tibb Universitetində Aspirantura və 2012-2014-cü illərdə Türkiyə Cümhuriyyətinin İnönü Universitetində davam etdirib.
MÖVZU İLƏ BAĞLI:
“Yeni klinika”nın direktoru həbs edildi - Baş Prokurorluq dəhşətli faktları AÇIQLADI
2008-ci ildə tibb üzrə fəsəfə , 2016 –cı ildə isə tibb üzrə elmlər doktoru olub. 2014- cü ildə “Elmi fəaliyyətinə görə” Azərbaycan Milli Elmlər Akademiyasının fəxri fərmanı ilə təltif edilib.
Elmi tədqiqat işi:
2008- tibb üzrə fəsəfə doktoru
Mövzu- "Qaraciyər exinokokkozunun müalicəsi və residivlərin profilaktikası üsullarının yaxşılaşdırılması”.
2016 - tibb üzrə elmlər doktoru
Mövzu- "Qaraciyər transplantasiyasından sonrakı ağırlaşmalardan mikro element sistemin və vaskulyar hemodinamikanın rolu”.
Elmi fəaliyyəti
AMAJ jurnalı, redaksiya heyəti üzvü, ümumi cərrahiyyə üzrə eksperti
2014 fevral- "Elmi fəaliyyətinə görə” Azərbaycan Milli Elmlər Akademiyasının FƏXRİ FƏRMANI ilə təltif olunmuşdur.
2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Elmin İnkişaf Fondunun keçirdiyi elmi işlərin Qrand Layihələri Müsabiqəsinin qalibi olmuşdur.
2009- 2018 - ATU- nun "Cərrahiyyə” üzrə Aprobasiya Şurasının üzvü və elmi katibi
2013- 2018 - ATU-nun "Cərrahiyyə” üzrə "Problem Komissiyasının” üzvü
2012- 2016 illər. Beynəlxalq jurnalların nəşriyyat sistemində ümumi cərrahiyyə sahəsində-ekspert(hakim)
2009-cu ildən, ATU- nun "Cərrahiyyə” üzrə Aprobasiya Şurasının üzvü
2003- 2021-cı illər ərzində 16 xarici ölkədə 54-dən artıq Beynəlxalq Konqress, konfrans və s. iştirak etmiş, 13 çıxış və 25-dən artıq poster çıxışı etmişdir. 3 beynəlxalq və 4 milli konfransda sədrlik etmişdir. 90-dan artıq elmi məqalənin, 3 səmərələşdirici təklifin, 2 ixtiranın müəllifidir.
İş fəaliyyəti:
2020-ci ildən, Yeni Klinikanın Direktoru
2020-ci ildən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, şəxslərə göstərilən Tibbi Xidmətin Təkmilləşdirilməsi və ölüm Hallarının təhlili komissiyasının sədri
2019-cu ildən, Milli Hematologiya və Transfuziologiya Mərkəzi, Müşahidə Şurasının üzvü
2019-cu ildən, komissiyasının üzvü
2017- 2018-ci illərdə, Caspian İnternational Hospital, Baş həkim kimi çalışmışdır.
2012-2014-cü illərdə, Türkiyə Cümhuriyyəti, İnönü Universiteti, Ümumi Cərrahiyyə və Orqan Transplantasiyası kafedrası, Gastroenteroloji, Bariatrik və Metabolik Cərrahiyyə Bölməsi
2014- 2017-ci illərdə, Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası, Cərrahiyyə şöbəsi
2003-2019-cu illərdə, ATU- nun II Cərrahi xəstəliklər kafedrasında: 5 N- li Baki Şəhər Xəstəxanası I Cərrahiyyə şöbəsi
Bizim.Media