Lerikdə sel suları nəticəsində dağılan suötürücü borular bərpa olunub

Lerikdə sel suları nəticəsində dağılan suötürücü borular bərpa olunub

Hazırda oxunan: Lerikdə sel suları nəticəsində dağılan suötürücü borular bərpa olunub

186895

Lerik və Yardımlı arasında nəqliyyatın hərəkəti bərpa olunub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə Hallar komissiyalarının sədri Habil Məlikov rayonda yaranmış vəziyyətlə baglı açıqlama verib.

Onun sözlərinə görə Lerik rayon ərazisinə yağan aramsız yağışlar nəticəsində 11 aprel 2024-cü il tarixində gecə saatlarında Təkdam-Alar hərbi avtomobil yolunun Lerik rayonunun Ağqışlaq kəndi ərazisindən keçən hissəsində, yolun tikintisini həyata keçirən podratçı təşkilat tərəfindən “Şərətük” çayı üzərində körpü əvəzi qoyulmuş (körpünün tikintisi yarımçıq saxlanılmışdır) iri diametrli beton boruların bir hissəsini sel suları aparıb. Nəticədə yol həmin hissədə keçilməz vəziyyətə düşüb.

Eyni zamanda Ağqışlaq kəndinin daxilində kənd sakinləri tərəfindən körpü əvəzi qoyulmuş boruların da bir hissəsini sel suları aparıb.
H. Məlikov qeyd edib ki, hazırda yağışın yağması dayanıb, yolun bərpası istiqamətində zəruri tədbirlər görülüb: “Gün ərzində əraziyə Lerik və Yardımlı rayonlarının yol istismar idarələrinin ağır texnikaları və canlı qüvvələri cəlb olunub. 

Görülən tədbirlər nəticəsində axşam saatlarında hər iki rayon istiqamətində hərəkət bərpa olunub”.

Qeyd edək ki, bu yoldan Lerik rayonunun 30-a yaxın kəndinin sakinləri istifadə edir, Yardımlı-Masallı rayonlarına gedib-gəlirlər.

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO