Ağdamda mina PARTLADI – Xəsarət alanlar var

Ağdamda mina PARTLADI – Xəsarət alanlar var

Hazırda oxunan: Ağdamda mina PARTLADI – Xəsarət alanlar var

186844

İşğaldan azad edilən Ağdam rayonunun Əliağalı kəndi ərazisində mina hadisəsi baş verib. 

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb. 

Məlumata görə, 2024-cü il 12 aprel tarixində 1965-ci il təvəllüdlü Bağırov Mirfəttah Bağır oğlu və 1973-cü il təvəllüdlü Teymurov Xəqani Allahverdi oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb. 
Hər iki şəxs ayağından xəsarət alıb. Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır. 

"DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır", - deyə məlumatda vurğulanıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO