Xəbər verdiyimiz kimi, ötən gün sosial şəbəkələrdə Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun biabırçı görüntüləri yayılıb.
Bizim.Media xəbər verir ki, Hüseynbala Mirələmovun ən yaxın dostu, keçmiş deputat Hadı Rəcəbli Modern.az-a açıqlamasında bu barədə danışmayacağını bildirib:
MÖVZU İLƏ BAĞLI:
Hüseynbala Mirələmovun videosu ilə bağlı YAP-DAN AÇIQLAMA
“Hüseynbala Mirələmovla dostluğumuzun dərin tarixi var. Hazırda Hüseynbala müəllim oruc tutur. Belə bir videonun yayılması ancaq montaj ola bilər”.
Daha sonra sabiq deputat Hadı Rəcəbli bir neçə il bundan qabaq onunla bağlı belə bir halın baş verdiyini xatırladıb:
“Bir neçə il bundan qabaq bir xanımla rəqs etmişdim. Onu götürüb yayıb təhqir etmişdilər. İndi də Hüseynbala müəllimlə bağlı video sosial şəbəkələrdə yayılıb”.
Bizim.Media